Bayram Səfərov Prezidentin iştirak etdiyi konfransda yatması ilə bağlı məlumatlara münasibət bildirib

Bayram Səfərov Prezidentin iştirak etdiyi konfransda yatması ilə bağlı məlumatlara münasibət bildirib İcra başçısı: "Tutaq ki, mürgüləmişəm. Nə olsun ki?"
Daxili siyasət
1749
31 Yanvar , 2018 14:17
Bayram Səfərov Prezidentin iştirak etdiyi konfransda yatması ilə bağlı məlumatlara münasibət bildirib

Bakı. 31 yanvar. REPORT.AZ/ Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 29-da keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yatması barədə yayılan məlumatlara münasibət bildirib.

B.Səfərov “Report”a açıqlamasında deyib ki, müşavirədə yatması haqqında məlumatlar həqiqəti əks etdirmir: “O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”

Qeyd edək ki, bu məlumatı ilk olaraq “unikal.org” saytı yayıb.

Son xəbərlər

Orphus sistemi