Baş prokuror Zakir Qaralov ölkədə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaaninin rəhbərlik etdiyi geniş nümayəndə heyətini qəbul edib.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror ölkələr arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən dostluq və səmərəli əməkdaşlıq münasibətləri haqqında danışıb, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Prezidenti
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən islahatlar haqqında məlumat verən Baş prokuror əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə yönəlmiş sosial-iqtisadi tədbirlər, eləcə də müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşmasına xidmət edən məhkəmə-hüquq islahatları barədə ətraflı danışıb, ölkədə mövcud olan ictimai sabitlik, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər haqqında söhbət açaraq, bu işdə həm əhali, həm beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.
Daha sonra Ermənistan-Azərbaycan,
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Valid bin Mohammad Al-Samaani ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan sıx əlaqələrdən məmnunluq ifadə edərək iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Proqramının əhəmiyyətindən və hüquq sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ixtisasartırma və təcrübə mübadiləsinin perspektivlərindən danışıb.
Söhbət zamanı Azərbaycan Prokurorluğunun fəaliyyət istiqamətləri barədə məlumat verən Baş prokuror prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqı, dövlət ittihamının müdafiəsi və qanunların icrasına nəzarət işinin həyata keçirilməsinin xüsusiyyətlərini qonağların nəzərinə çatdırıb.
Görüşdə maraq kəsb edən sahələr üzrə səmərəli fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanmaqla digər konkret mövzularda ətraflı fikir mübadiləsi aparılıb.