Yuxarı

Baş nazirin müavini: “Sürüşmə zonasının yaxınlığındakı yaşayış binasının sakinlərinə xəbərdarlıq edilib”

Baş nazirin müavini: “Sürüşmə zonasının yaxınlığındakı yaşayış binasının sakinlərinə xəbərdarlıq edilib”
“Yaponiyalı mütəxəssislərin verdiyi məlumat əsasında addımlar atacağıq”

Bakı. 15 oktyabr. REPORT.AZ/ “Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasının yaxınlığında yaşayış binası var. Həmin binaya təhlükə yoxdur, amma sakinlərinə xəbərdarlıq edilib”.

“Report” xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

O bildirib ki, yaşayış binası sürüşmə zonasından kənardadır, ona görə də bu saat orada təhlükə yoxdur, amma gələcəkdə hansısa hadisənin baş verib-verməyəcəyini mütəxəssislər deyə bilər.

H.Abutalıbov bildirib ki, oktyabrın 14-də Xəzər dənizində 2,7 bal gücündə zəlzələ olub, bu zəlzələnin də sürüşməyə təsiri olub: “Ona görə də biz hərtərəfli işləyirik. Əlimizdən gələni edirik. Yaponiyalı mütəxəssislərin verdiyi məlumat əsasında addımlar atacağıq”.

Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə qərargah yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi