Qərargah Badamdar sürüşmə sahəsindəki son durumu açıqlayıb

Qərargah Badamdar sürüşmə sahəsindəki son durumu açıqlayıb Bakı. 15 oktyabr. REPORT.AZ/ Badamdarda sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.
Ekologiya
121
15 Oktyabr , 2018 15:29
Qərargah Badamdar sürüşmə sahəsindəki son durumu açıqlayıb
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Badamdarda sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nazirlik tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissəsində uçqun töküntü prosesi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi