Baş əməliyyat müvəkkili yüksək vəzifəyə təyin edilib

Baş əməliyyat müvəkkili yüksək vəzifəyə təyin edilib Daxili işlər orqanlarında yeni təyinat olub
Daxili siyasət
19 Dekabr , 2016 12:58
Baş əməliyyat müvəkkili yüksək vəzifəyə təyin edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un xəbərinə görə, Xəzər Rayon Polis İdarəsinə (RPİ) yeni rəis müavini təyin edilib.

Belə ki, müvafiq əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Famil Vəliyəv Xəzər RPİ-nin rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub.

Qeyd edək ki, Xəzər RPİ-nin keçmiş rəis müavini İlqar Məmmədov bir neçə ay əvvəl Bərdə RPŞ-nin rəisi təyin olunub.

Son xəbərlər

Orphus sistemi