Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB Konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Daxili siyasət
3 Mart , 2017 13:34
Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

*** 11:04

Bakı. 3 mart.REPORT.AZ/ Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, təhsil müəssisələrinin rəhbərləri, tələbələr iştirak ediblər.

Konfransdan öncə, DTX-nın Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora “yox” deyirik” mövzusunda rəsm işlərinin, həmçinin müvafiq ədəbiyyat, təbliğat vasitələrinin sərgisinə baxış keçirilib.
Sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib ki, Azərbaycan terrora qarşı mübarizə aparan ölkədir. O, dünyadakı zərərli meyillərə diqqət çəkərək bildirib ki, terrorla mübarizənin əsas istiqamətlərindən biri də maarifləndirmədir: “Azərbaycan bu istiqamətdə ciddi işlər görür. Dövlətimiz terrorla mübarizə aparan ən aktiv ölkələrdəndir”.
M.Quliyev qeyd edib ki, Azərbaycan həssas coğrafi məkanda yerləşir: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistan terror aktları törədib, Azərbaycanın minlərlə vətəndaşı öldürülüb. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır, Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir. O qeyd edib ki, Azərbaycan dövləti gəncləri idarəçilikdə önə çəkir, onlara dəstək verir.

Təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycanda aparılan gənclər siyasətindən söz açıblar. Bildirilib ki, Azərbaycan radikalizmə, terrorçuluğa qarşı mübarizə aparır, bununla bağlı tədbirlər keçirir.
Tədbirdə səslənən fikirlər və təkliflər ümumiləşdirilərək, aidiyyatı dövlət orqanlarının terrorçuluq, ekstremizm və radikalizmə qarşı mübarizəsinə cəmiyyətin dəstəyinin daha da gücləndirilməsi baxımından gənclərdə dövlətçilik ruhunun yüksəldilməsi, ictimai fəallığının artırılması üçün müvafiq strukturlar və qurumlar tərəfindən əlavə kompleks tədbirlərin təşkili, o cümlədən bu istiqamətdə yeni proflatik vasitələrin hazırlanmasının məqsədəuyğunluğu barədə zəruri tövsiyələrin işlənilməsi və təqdim olunması qərara alınıb.
Sonda konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə qeyd edilib ki, Prezident İlham Əliyevin apardığı siyasət ölkəni sabit məkana çevirib: "Bu, dünya üçün nümunədir. Bəzi qüvvələr öz məkrli niyyətlərindən əl çəkmir. Bu yad ölkələrin məkrli niyyətləri həyata keçə bilməz. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidir. Rüspublika daha müasr idarəçiliyə qoşulub. Bu işlər dövlətin parçalanmasına yol vermir. Azərbaycanın Birinci vitse-prezidenti gənclər siyasəti sahəsində mühüm işlər görüb. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi mühüm addımdır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyirik”.

Son xəbərlər

Orphus sistemi