Bahar Muradova: “1990-cı illərdə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində problemlər mövcud idi”

Bahar Muradova: “1990-cı illərdə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində problemlər mövcud idi” Bakı. 20 iyun. REPORT.AZ/ “Dünyada milyonlarla qaçqın var. Hər bir dövlət, xalq üçün təhlükəsiz mühit yaradılmalıdır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların məsuliyyətsizliyi ucbatından bu problemlər həll edilmir. İnsan məskunlaşdığı ölkələrdə ayrı-seçkiliyə məruz qalmamalıdırlar”.
Daxili siyasət
20 İyun , 2018 11:10
Bahar Muradova: “1990-cı illərdə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində problemlər mövcud idi”
Milli Məclisinin sədr müavini Bahar Muradova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ “Dünyada milyonlarla qaçqın var. Hər bir dövlət, xalq üçün təhlükəsiz mühit yaradılmalıdır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların məsuliyyətsizliyi ucbatından bu problemlər həll edilmir. İnsan məskunlaşdığı ölkələrdə ayrı-seçkiliyə məruz qalmamalıdırlar”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında Azərbaycan Milli Məclisinin sədr müavini  Bahar Muradova deyib.

O qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqların qorunması sahəsində mühüm işlər görülüb: “Bu sahədə Ombudsman təsisatının rolunu xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, Ombudsman dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayır, problemlərin həlli ilə bağlı təşəbbüslə çıxış edir. Azərbaycan Milli Məclisində Ombudsmanın xeyli təklifini müzakirə etmişik. Azərbaycanda 1990-cı illərdə, müstəqilliyin ilk illərində insan hüquq və azadlıqları sahəsində bir sıra problemlər mövcud idi. Həmin problemlər tez bir zamanda aradan qaldırıldı, insan hüquq və azadlıqları sahəsində mühüm işlər görüldü”.

Son xəbərlər

Orphus sistemi