Bu gün Azərbaycanda vəkillər peşə bayramını qeyd edir

Bu gün Azərbaycanda vəkillər peşə bayramını qeyd edir Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.
Daxili siyasət
28 Dekabr , 2019 10:58
Bu gün Azərbaycanda vəkillər peşə bayramını qeyd edir

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

"Report"un xəbərinə görə, 28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Heydər Əliyevin xatirəsini ehtiramla yad edən vəkillər onun məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov xatırladıb ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib.

"Bu, bizim üçün çox sevindiricidir və hesab edirik ki, ölkə başçısı tərəfindən vəkillərə verilən qiymətin nəticəsidir. Vəkillər və vəkillik haqqında" Qanun 28 dekabr 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Vəkilliyin 100 illik yubileyi, qanunun qəbul edilməsinin 20 illiyində "Vəkil günü" təsis edilməsi vəkillər üçün əsl bayrama çevrilib", - A.Bağırov deyib.

Anar Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Onun sözlərinə görə, Vəkillər Kollegiyası da bu islahatlara öz töhfələrini verir.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.

Son xəbərlər

Orphus sistemi