Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.
"Report"un xəbərinə görə, 28 dekabr - "Vəkil günü" münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi və üzvləri Fəxri xiyabanda ümummilli lider
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov xatırladıb ki, Prezident
"Bu, bizim üçün çox sevindiricidir və hesab edirik ki, ölkə başçısı tərəfindən vəkillərə verilən qiymətin nəticəsidir. Vəkillər və vəkillik haqqında" Qanun 28 dekabr 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Vəkilliyin 100 illik yubileyi, qanunun qəbul edilməsinin 20 illiyində "Vəkil günü" təsis edilməsi vəkillər üçün əsl bayrama çevrilib", - A.Bağırov deyib.
Anar Bağırov bildirib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub. Onun sözlərinə görə, Vəkillər Kollegiyası da bu islahatlara öz töhfələrini verir.
Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.










