Azərbaycanda polis veteranlarının iştirakı ilə 1550 cinayət hadisəsinin üstü açılıb

Azərbaycanda polis veteranlarının iştirakı ilə 1550 cinayət hadisəsinin üstü açılıb Veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb
Daxili siyasət
24 Aprel , 2017 14:11
Azərbaycanda polis veteranlarının iştirakı ilə 1550 cinayət hadisəsinin üstü açılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Son illər ölkənin bütün bölgələrində polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir, onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əksər ərazi polis orqanlarında veteranlar şuralarına xidməti otaqların ayrılması onların fəaliyyətlərini lazımi tələblər səviyyəsində qurmağa imkan verir.

Şuranın üzvləri qarşıya qoyulan vəzifələrin icrasında xüsusi fəallıq göstərir, vaxtaşırı təhsil müəssisələrində olur, ictimaiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslərlə görüşlərdə dini ekstremizmin, radikal cərəyanların, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları barədə ətraflı məlumat verirlər. Gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Təkcə bu ilin birinci rübü ərzində respublikanın müxtəlif bölgələrində polis veteranları orta məktəblərdə, lisey və gimnaziyalarda gənclərlə 980 görüş keçiriblər. Onların iştirakı ilə 1550 cinayət hadisəsinin açılması təmin olunub.

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi