Azərbaycanda hərbçilərin maaşı artırılıb

Azərbaycanda hərbçilərin maaşı artırılıb Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları 10 faiz artırılıb
Daxili siyasət
19 Yanvar , 2016 17:44
Azərbaycanda hərbçilərin maaşı artırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb. 

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncam Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirilməsi məqsədilə imzalanıb. 

Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Son xəbərlər

Orphus sistemi