Yuxarı
    Bağlamaq

    Azərbaycanda hərbçilərin maaşı artırılıb

    Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları 10 faiz artırılıb

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb. 

    "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da bununla bağlı sərəncam imzalayıb.

    Sərəncam Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirilməsi məqsədilə imzalanıb. 

    Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. 

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi