Bakı. 19 yanvar. REPORT.AZ/ Milli Məclisin növbədənkənar iclası başa çatıb.
"Report" xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Xatırladaq ki, iclasda "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" qanunlara, Vergi Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edililib. Həmçinin, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub.