Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb İclasda Hesablama Palatasının hesabatı dinləniləcək
Daxili siyasət
14 Aprel , 2015 12:03
Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilir. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə baş tutan iclasın gündəliyinə 6 məsələnin müzakirəsi daxil edilib.

İclasda ilk olaraq Milli Məclis yanında Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilməsi müzakirəyə çıxarılacaq.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyasına dair Kioto Protokolu"na Doha Düzəlişinin təsdiq edilməsi, "Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiya"ya (KOTİF) qoşulmaq barədə qanun layihəsinə baxılması, həmçinin "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılacaq.

Bundan başqa, iclasda Hesablama Palatasının hesabatı dinləniləcək. Hesabatı palatanın sədri Vüqar Gülməmmədovun təqdim edəcəyi gözlənilir.

Sonda "Qiymətli kağızlar bazarı haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsi müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi