Yuxarı

Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək.

"Report"un xəbərinə görə, iclas martın 18-də baş tutacaq. Tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək.

İclasda Müstəqil araşdırmalar mərkəzinin AŞPA çərçivəsində korrupsiyaya dair iddialar barədə hesabatı dinləniləcək, komitənin verdiyi nəticələrin və tövsiyələrin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 19-da başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi