Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək.
Daxili siyasət
14 Mart , 2019 16:25
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək.

"Report"un xəbərinə görə, iclas martın 18-də baş tutacaq. Tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək.

İclasda Müstəqil araşdırmalar mərkəzinin AŞPA çərçivəsində korrupsiyaya dair iddialar barədə hesabatı dinləniləcək, komitənin verdiyi nəticələrin və tövsiyələrin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 19-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi