"Aqrolizinq"ə yeni sədr təyin olunub - YENİLƏNİB

"Aqrolizinq"ə yeni sədr təyin olunub - YENİLƏNİB Bakı. 2 may. REPORT.AZ/ 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin keçmiş direktoru Seymur Mövlayev yeni vəzifəyə təyin olunub.
Daxili siyasət
2 May , 2018 13:55
Aqrolizinqə yeni sədr təyin olunub - YENİLƏNİB

Bakı. 2 may. REPORT.AZ/ 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin keçmiş direktoru Seymur Mövlayev yeni vəzifəyə təyin olunub.

"Report" xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib.

Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.


*** 13:08

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni kadr dəyişikliyi olub.

“Report”un məlumatına görə, 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxarılıb. 

Onun yerinə hələlik təyinat olmayıb. 

Son xəbərlər

Orphus sistemi