Bakı. 2 may. REPORT.AZ/ 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin keçmiş direktoru Seymur Mövlayev yeni vəzifəyə təyin olunub.
"Report" xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin sədri təyin edilib.
Bununla bağlı nazir İnam Kərimov əmr imzalayıb.
*** 13:08
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində yeni kadr dəyişikliyi olub.
“Report”un məlumatına görə, 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxarılıb.
Onun yerinə hələlik təyinat olmayıb.