​İlhamiyyə Rza: "125-lər Siyasi Klubu" missiyasını başa vurub"

​İlhamiyyə Rza: "125-lər Siyasi Klubu" missiyasını başa vurub" "İndi ya yeni hədəflər üzərində düşünməliyik, ya da parçalanmalıyıq"
Daxili siyasət
19 Noyabr , 2015 15:06
​İlhamiyyə Rza: 125-lər Siyasi Klubu missiyasını başa vurub

Bakı. 19 noyabr. REPORT.AZ/ "Düşünürəm ki, "125-lər Siyasi Klubu" parlament seçkilərinə qatılmaq üçün təşkilatlanmışdı. Amma hədəflərinə çatmadı".

Bunu "Report"a açıqlamasında "125-lər Siyasi Klubu"nun başqanı İlhamiyyə Rza deyib.

O bildirib ki, klubun fəaliyyəti ilə bağlı üzvlər qərar verməlidir: "Klubda qərarlar təkcə rəhbərliyin iradəsilə deyil, kollegial qaydada qəbul edilir. Artıq toplaşmaq vaxtıdır. Klub üzvləri toplaşmaqla bağlı təşəbbüslə çıxış etsələr, toplaşıb, müzakirələr aparıb, qərar verəcəyik. Çünki klubun üzvləri azalıb. Parlament seçkiləri də başa çatıb. İndiki mərhələdə klub missiyasını başa vurub. Hazırda ya yeni hədəflər üzərində düşünməliyik, ya da parçalanmalıyıq".

Qeyd edək ki, "125-lər Siyasi Klubu" 2014-cü ildə təsis edilib. Klubun yaradılmasında məqsəd bu il noyabrın 1-də keçirilən parlament seçkilərində iştirak etmək olub. Klub üzvləri seçkiyə qatılsalar da, Milli Məclisdə təmsilçilik hüququ qazana bilməyiblər.

Son xəbərlər

Orphus sistemi