Tbilisidə Şevardnadzeyə aid sərgidə Azərbaycanla bağlı fotoşəkillər təqdim olunub

Tbilisidə Şevardnadzeyə aid sərgidə Azərbaycanla bağlı fotoşəkillər təqdim olunub Tbilisi. 26 yanvar. REPORT.AZ/ Tbilisi Müasir İncəsənət Muzeyində Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzeyə həsr olunmuş fotosərgi keçirilir.
Sərgilər
26 Yanvar , 2019 20:05
Tbilisidə Şevardnadzeyə aid sərgidə Azərbaycanla bağlı fotoşəkillər təqdim olunub

Tbilisi. 26 yanvar. REPORT.AZ/ Tbilisi Müasir İncəsənət Muzeyində Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadzeyə həsr olunmuş fotosərgi keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Dəmir pərdədən İpək yoluna qədər” adlı sərgi böyük siyasətçinin anadan olmasının 91-ci ildönümünə həsr olunub.

Sərgidə mərhum dövlət başçısının şəxsi arxivində olan və 1950-2000-ci illərdə lentə alınmış 300-ə yaxın fotoşəkil təqdim olunub. Ekspoziya dövlət xadiminin həyat və fəaliyyəti ilə yanaşı, keçirdiyi yüksək səviyyəli görüşləri, Gürcüstanın müasir tarixinin əhəmiyyətli hadisələrini də özündə birləşdirib.

Fotosərgidə Bakı-Supsa neft kəmərinin açılış mərasimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərənin tikintisi ilə bağlı imzalanma mərasiminə aid fotoşəkillər də yer alıb. E.Şevardnadzenin Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini əks etdirən və 1996-ci ildə Tbilisdə çəkilmiş fotoşəkil də sərgi ziyarətçilərinə təqdim olunub. Fotoşəkillərin bəziləri E.Şevardnadzenin şəxsi qeydləri ilə nümayiş etdirilir.

Sərgilənən əksər fotoşəkillər geniş ictimaiyyətə ilk dəfə təqdim olunub. Fotosərgi fevral ayının 7-nə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi