Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi açılıb

Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi açılıb ABŞ-ın Nyu-York şəhərində SAPAR Müasir Rəsm Qalereyasında azərbaycanlı rəssam, “Yarat” Müasir İncəsənət Mərkəzinin təsisçisi Aidə Mahmudovanın rəsm sərgisi açılıb.
Sərgilər
181
15 Yanvar , 2021 14:02
Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi açılıb

ABŞ-ın Nyu-York şəhərində SAPAR Müasir Rəsm Qalereyasında azərbaycanlı rəssam, “Yarat” Müasir İncəsənət Mərkəzinin təsisçisi Aidə Mahmudovanın rəsm sərgisi açılıb.

“Report”un əməkdaşı xəbər verir ki, “PASTPRESENTFUTURE” (keçmiş, indi, gələcək) adı ilə keçirilən sərgidə rəssamın 30-dan çox əsəri nümayiş olunur.

Qalereyanın Mərkəzi Asiya və Qafqaz ölkələrindən olan qadın rəssamlara dəstək verilməsi proqramı çərçivəsində gerçəkləşdirilən sərgi A. Mahmudovanın Nyu-Yorkda ikinci solo sərgisidir.

A.Mahmudovanın əsərlərini çox bəyəndiyini deyən qalereyanın həmtəsisçisi Nina Levent bildirib ki, rəssam əsərlərində Azərbaycanın zəngin təbiətinin gözəlliklərini ABŞ ictimayyətinə sənətin dili ilə təqdim edib: “Azərbaycanlı rəssamın sərgisinə ev sahibliyi etmək bizim üçün qürurvericidir. Sənətçi özünəməxsus tərzdə ərsəyə gətirdiyi əsərlərdə təbiətin gözündən insanın daxili və xarici dünyalarının təzahürünü, rənglərin ahəngi ilə keçmişi, bu günü və gələcəyini əks etdirib. Aidə xanım müasir toxunuşlarla xəyal dünyasının və fırçasının gücü ilə Azərbaycanın zəngin təbiətinin ihamverici rənglərini mükəməl şəkildə canlandırıb. Düşünür ki, sənətsevərlər bu sərgidən sadəcə zövq alaraq ayrılacaqlar”.

Qeyd edək ki, sərgi fevralın 16-dək ziyarətə açıq olacaq.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi