Mixalko: “Azərbaycanın çox zəngin mətbəxi var”

Mixalko: “Azərbaycanın çox zəngin mətbəxi var” “Azərbaycanın çox dadlı yeməkləri olan çox zəngin mətbəxi var”.
Sərgilər
24 İyun , 2023 18:14
Mixalko: “Azərbaycanın çox zəngin mətbəxi var”

“Azərbaycanın dadlı yeməkləri olan çox zəngin mətbəxi var”.

Bunu “Taste of Europe” birinci kulinariya festivalının açılışından əvvəl jurnalistlərə açıqlamasında “Report”un sualını cavablandırarkən Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

O, həyat yoldaşı ilə birgə Azərbaycan mətbəxini çox sevdiyini, xüsusilə də onun çoban salatını, badımcan salatını, həyat yoldaşının isə mərci şorbasını çox bəyəndiyini deyib.

“Azərbaycan mətbəxində təzə tərəvəz, meyvə və ədviyyatlı yeməklər xüsusi dadı ilə seçilir”, - səfir vurğulayıb.

Diplomat, həmçinin bildirib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq çox güclüdür və qonaqların Aİ-yə üzv ölkələrin mətbəxlərinin zənginliyi ilə tanış ola biləcəyi tədbir bu əlaqələrin dərinləşməsinə hesablanıb: “Ümid edirik ki, azərbaycanlı dostlarımız Aİ ölkələrinin yeməklərini sevəcək və bu da ikitərəfli münasibətlərimizə töhfə verəcək”.

P.Mixalko əlavə edib ki, tədbir çərçivəsində Azərbaycan dilində Aİ ölkələrinin reseptlərindən ibarət kitab təqdim olunacaq.

Qeyd edək ki, festivalda Fransa, Bolqarıstan, Çexiya, Macarıstan, Polşa, Rumıniya, Sloveniya, İtaliya və Azərbaycan iştirak edir.

Son xəbərlər

Orphus sistemi