Muzey Mərkəzində tanınmış rəssam və heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin “Metamorfik bağlar:70/30” adlı yubiley sərgisinin açılışı baş tutub.
"Report" xəbər verir ki, sərgidə 70 yaşlı, təcrübəli, ustad sənətkarın, eyni zamanda 30 yaşlı rəssamın əl işləri və əsərləri təqdim olunub.
Məşhur rəssamların, sənət xadimlərinin və media nümayəndələrinin də iştirak etdiyi sərginin qonaqları sırasında Milli Məclisin deputatı Fazil Mustafa, əməkdar artist Bəhram Bağırzadə, tanınmış yazıçılar Əkbər Qoşalı, Nərgiz Nasir, Svetlana Turan yer alıb. Qonaqlar sərgi ilə yaxından tanış olduqdan sonra, xatirə şəkilləri çəkiblər. Sərgidə təqdim olunan bütün əsərlər satışa çıxarılıb.
Qeyd edək ki, sərginin təşkilatçısı "Azplusaz" şirkətinin həmtəsisçisi Aynurə Azayeva və Cəlil Cavanşirdir.