Luvr muzeyində azərbaycanlı rəssamların əl işləri sərgilənir - FOTO

Luvr muzeyində azərbaycanlı rəssamların əl işləri sərgilənir - FOTO “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi mayın 27-dək davam edəcək
Sərgilər
26 May , 2018 05:40
Luvr muzeyində azərbaycanlı rəssamların əl işləri sərgilənir - FOTO
Report

Paris. 26 may. REPORT.AZ/ Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində peşəkar rəssamlarımızdan olan Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli, həmçinin gənc və istedadlı rəssamlar Leyla Məlikova, Cəmilə Sultan, Fatimə Məmmədova, Fidan Əliyeva, Aydan Hüseynli və digərlərinin əsərləri nümayiş etdirilir.

Gənc rəssamlarımızın həssas və şəffaf daxili aləmindən süzülərək əsrarəngiz rəng çalarlarının köməyi ilə ərsəyə gətirilmiş əl işləri bu mötəbər sərginin iştirakçılarının böyük marağı ilə qarşılanıb. İnsanın gözünü oxşayan bu rəsm əsərləri, eyni zamanda dərin fəlsəfi mövzularda işlənib hazırlanıb.

“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi mayın 27-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi