İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açılıb - FOTO

İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açılıb - FOTO Sentyabrın 25-də İstanbulun Sarıyer rayonu ərazisində yerləşən Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb.
Sərgilər
25 Sentyabr , 2019 20:11
İstanbuldakı Heydər Əliyev Parkında kitab sərgisi açılıb - FOTO
Report

Sentyabrın 25-də İstanbulun Sarıyer rayonu ərazisində yerləşən Heydər Əliyev Parkında “VIII Sarıyer Ədəbiyyat Günləri” adlı kitab sərgisi açılıb.

"Report"un Türkiyə bürosunun məlumatına görə, sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da təmsil olunur.

Tədbirdə, ümumilikdə, 70-dək stend qurulub. Azərbaycan stendində isə ölkəmizin klassik və müasir ədəbiyyat nümunələri, o cümlədən tarix, milli mətbəx, turizm mövzularında nəşrləri yer alır. Bundan əlavə, sərgidə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə onun əsərləri də nümayiş etdirilir.

Sentyabrın 29-dək davam edəcək sərgiyə 5000-ə qədər ziyarətçinin qatılacağı gözlənilir.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi