Mayın 22-də
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər silsiləsinin davamıdır.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti
Heydər Əliyev Mərkəzinin direktoru
Mədəniyyət naziri
Sonra Əbülfəs Qarayev Zurab Sereteliyə “Dostluq” ordenini təqdim edib.
Zurab Sereteli çıxış edərək sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsini sevinc hissi ilə qarşıladığını deyən rəssam, indiyədək belə dəyərli mükafata sahib olmadığını da etiraf edib. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Zurab Seretelinin yaradıcılığı haqqında məlumat verib. Onun istər sovetlər dönəmində, istərsə də müasir dövrdə sənət fəaliyyətindən söz açan Ö.Eldarov, rəssamın yaradıcılığının bənzərsizliyi haqqında danışıb, onu təbrik edib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəl nümayiş olunur.
Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayıb. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.
Seretelini dünya vətəndaşı adlandırmaq olar. Onun emalatxanaları doğulduğu Tbilisi şəhərində, Moskva, Paris və Nyu-Yorkda yerləşir. Bu dörd şəhərin hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb olub. Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən sonra çəkdiyi “İnessa” (1968) əsərində fransız rəssamın təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir. Bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaratmışdı.
Zurab Seretelinin yaradıcılığına rus rəssamları da təsir göstərib. Vasili Kandinskinin abstrakt ekspressionizmi və ya Kazimir Maleviçin suprematizmi Seretelinin qırmızı və göy boyalarının zəngin palitrasına transformasiya edib.
Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.