General: "Bu il Azərbaycanda 10900 yanğın hadisəsi olub"

General: "Bu il Azərbaycanda 10900 yanğın hadisəsi olub" "İndiyədək Azərbaycanda 10900 yanğın hadisəsi olub".
Sərgilər
26 Avqust , 2022 11:40
General: Bu il Azərbaycanda 10900 yanğın hadisəsi olub

"Bu il Azərbaycanda 10900 yanğın hadisəsi olub".

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, bu yanğınların bir hissəsi azad olmuş ərazilərin payına düşür: "Yanğınlar nəticəsində 211 ha meşə zolağı, 2318 taxıl zəmiləri yanıb. Bu ilin əvvəlindən avqustun 25-dək olan məlumata görə, 29 nəfər yanğınlardan həlak olub".

Nazir müavini qeyd edib ki, son yağınlardan “Qalaaltı” İstirahət Mərkəzində xoşagəlməz hadisə baş verib: "Bildiyiniz kimi, orada Çıraq qala var. Məhz yanğınlar oradan bir neçə istiqamətdə baş verib. İstiliyin təsirindən qalanın aşağısındakı daş parçaları qoparaq tökülüb. Nəticədə həmin hoteldə qalan yerli və xarici qonaqlar narahat olub. Amma biz o yanğını söndürdük və qayanı soyutduq".

Son xəbərlər

Orphus sistemi