Gəncədə yerli və xarici fotoqrafların əl işlərindən ibarət sərgi keçirilib

Gəncədə yerli və xarici fotoqrafların əl işlərindən ibarət sərgi keçirilib Gəncədə “Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində şəhərdə səfərdə olan yerli və xarici fotoqrafların sərgisi nümayiş olunub.
Sərgilər
27 Yanvar , 2022 18:18
Gəncədə yerli və xarici fotoqrafların əl işlərindən ibarət sərgi keçirilib

Gəncədə “Vətən müharibəsi fotoqrafların gözü ilə” layihəsi çərçivəsində şəhərdə səfərdə olan yerli və xarici fotoqrafların sərgisi nümayiş olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə gənc fotoqrafların Şuşa, Ağdam, Füzuli, Tərtər və Gəncədə çəkdikləri fotoları sərgilənib.

Tədbirin sonunda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi