Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” fotosərgisi keçirilir

Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” fotosərgisi keçirilir Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyi Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” ("EU4Azerbaijan") adlı fotosərgi təşkil edib.
Sərgilər
29 Sentyabr , 2021 16:56
Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” fotosərgisi keçirilir
0 : 00
0 : 00

Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyi Dənizkənarı Milli Parkda “Avropa İttifaqı Azərbaycan üçün” ("EU4Azerbaijan") adlı fotosərgi təşkil edib.

Qurumdan "Report"a verilən məlumata görə, sərgi açıq havada fotoqalereyada nümayiş olunur.

Məqsəd Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlılığı artırmaqdır.

Sərgidə nümayiş olunan yüzdən çox fotoşəkildə Avropa İttifaqının müxtəlif illərdə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə həyata keçirdiyi layihələr, müxtəlif növ mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.

Sərgi bir ayadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi