Cəlilabadda növbəti əmək yarmarkası təşkil edilib

Cəlilabadda növbəti əmək yarmarkası təşkil edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil edilib.
Sərgilər
29 Fevral , 2024 19:18
Cəlilabadda növbəti əmək yarmarkası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən təşkil edilən yarmarkada dövlət və özəl sektordan olan işəgötürənlər, Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edib.

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib.

Müraciət edənlər arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də var.

Həmçinin aktiv məşğulluq tədbirində vətəndaşlara Agentiyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat da verilib.

Son xəbərlər

Orphus sistemi