Bakıda Polşa universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakıda Polşa universitetlərinin təhsil sərgisi keçiriləcək Bakı. 8 may. REPORT.AZ/ Bakıda mayın 12-13-də “Hilton” otelində Polşa universitetlərinin təhsil sərgisi təşkil ediləcək.
Sərgilər
8 May , 2018 14:40
Bakıda Polşa universitetlərinin təhsil sərgisi keçiriləcək
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Bakıda mayın 12-13-də “Hilton” otelində Polşa universitetlərinin təhsil sərgisi təşkil ediləcək.

“Report”un xəbərinə görə, “Improveer International” şirkəti tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, viza, Polşada yaşayış, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Bundan əlavə, bir sıra Polşa universiteti Azərbaycan tələbələri üçün pulsuz təhsil imkanları və yay məktəblərinə qəbul imkanı da təqdim edəcəklər. Sərgidə iştirak ödənişsizdir. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.

Xatırladaq ki, sərgi iki gün davam edəcək və saat 12:00-17:00 arası baş tutacaq. Sərgidə Polşa səfirliyi nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi