Azərbaycanlı uşaqların Parisdə sülhə həsr olunmuş sərgisi açılıb

Azərbaycanlı uşaqların Parisdə sülhə həsr olunmuş sərgisi açılıb Fransanın paytaxtı Parisdə azərbaycanlı uşaqların fransalı yaşıdları ilə birlikdə Hər parçasında sülh adlı sərgisi keçirilir.
Sərgilər
19 Aprel , 2019 08:31
Azərbaycanlı uşaqların Parisdə sülhə həsr olunmuş sərgisi açılıb

Fransanın paytaxtı Parisdə azərbaycanlı uşaqların fransalı yaşıdları ilə birlikdə "Hər parçasında sülh" adlı sərgisi keçirilir.

"Report"un Fransa bürosu xəbər verir ki, Parisin BDMS qalereyasında Əsmər Art Assosiasiyasının təşkilatçılığı ilə Ramina Səadətxanın rəhbərlik etdiyi "Pikasso" uşaq incəsənət studiyasının balaca rəssamlarının əl işləri nümayiş olunur.

Dünyaya fərqli gözlərlə baxan bu balaca rəssamların sülhə çağırış mesajları tərənnüm olunan əl işləri böyük maraqla qarşılanıb. Dünən başlayan sərgi sabah başa çatacaq.

Son xəbərlər

Orphus sistemi