Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi layihəsi həyata keçirilib.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, yarmarka tipli sərgidə Qax, Zaqatala və Balakən rayonlarından yerli istehsal qrupları iştirak edir.
Layihə çərçivəsində Balakən rayonu üzrə 5, Zaqatala rayonu üzrə 7, Qax rayonu üzrə 7 olmaqla ümumilikdə 19 istehsal qrupu yaradılıb. Onlara marketinq, mənfəət və zərərin hesablanması, brendləşmə, kooperativ fəaliyyət, qida təhlükəsizliyi, aqro-turizm sahələrində təlimlər verilib. Növbəti etapda qruplara kiçik istehsal avadanlığın verilməsi və istehsal edilən məhsulların bazara çıxarımasında köməkliyin göstərilməsi nəzərdə tutulur.
Qrafik üzrə bölgədə layihənin benefisiarları olan istehsal qrupları üçün yarmarka tipli sərgilərin keçirilməsi nəzərdə tutulub.
Sərgi-yarmarkalarda 19 qrupun istehsal etdiyi məhsullar nümayiş etdirilməklə qruplara satış imkanı yaradılacaq. Yarmarkalar açıq havada, hər tərəfdən açıq, üstü bağlı çadır altında keçirilib.
Qeyd edək ki, yarmarkaların məqsədi yerli ərzaq məhsullarını turistlərə tanıtmaq, istehsalçılarla emalçılar, restoranlar, topdançılar və istehlakçılar arasında əlaqələri
yaratmaq, bölgəyə məxsus qastronomik inciləri tanıtmaqdan ibarətdir.