Azərbaycanda ilk dəfə "Monster Truck Show" keçiriləcək

Azərbaycanda ilk dəfə "Monster Truck Show" keçiriləcək "Cars and Coffee" - dünyaca məşhur olan avtomobil festivalı 15 iyun tarixində "Bakı Kristal Zalı" ərazisində keçiriləcək.
Sərgilər
9 İyun , 2024 11:13
Azərbaycanda ilk dəfə Monster Truck Show keçiriləcək

"Cars and Coffee" - dünyaca məşhur olan avtomobil festivalı 15 iyun tarixində "Bakı Kristal Zalı" ərazisində keçiriləcək.

"Report" xəbər verir ki, festival zamanı superkarlar, idman avtomobilləri, klassik avtomobillər və tuninq olunmuş avtomobillərin sərgisi təşkil olunacaq.

Tədbir zamanı Azərbaycanda ilk dəfə olaraq "Monster Truck Show" (avtomobillərin əzilməsi, avtomobillər üzərindən tullanma və digər tryuklar) təşkil olunacaq.

Bundan başqa Almaniyadan və Britaniyadan gələn peşəkar kaskadyorların ifasında "Duet 2Təkər şou", "HyperDrift" və "Skyfall" şouları və ölkəmizdə ilk dəfə olaraq digər maraqlı avtomobil tryukları icra olunacaq.

Festival çərçivəsində bir neçə məşhur DJ ifasında musiqili proqram və digər müxtəlif əyləncə proqramları da təqdim olunacaq.

Qeyd edək ki, beş yaşa qədər olan tamaşaçılar (beş yaş daxil) üçün bilet lazım deyil.

Biletləri iTicket.az-dan əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi