Azərbaycan Parisdə Çay şəhərciyində təmsil olunacaq

Azərbaycan Parisdə Çay şəhərciyində təmsil olunacaq Paris. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Fransanın paytaxtında təşkil olunacaq Çay şəhərciyində təmsil olunacaq.
Sərgilər
25 Sentyabr , 2018 22:12
Azərbaycan Parisdə Çay şəhərciyində təmsil olunacaq

Paris. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Fransanın paytaxtında təşkil olunacaq Çay şəhərciyində təmsil olunacaq.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, Çay şəhərciyi 5-7 oktyabr tarixlərində Parisin “Place Royal” meydanında keçiriləcək.

Çay şəhərciyi çay həvəskarlarına torpaqda becərilən bu bitkinin müxtəlif növləri, rəngləri, yetişdirildiyi ölkə ilə tanışlıq imkanı yaradacaq.

Çayın yer üzündə 2 min 500 növü məlumdur. Bu gün sudan sonra ən çox içilən maye növüdür ki, bu hər saniyədə 10 min fincana bərabərdir. 

Son xəbərlər

Orphus sistemi