AİDA Buenos-Ayresdə keçirilən sərgisində öz stendi ilə təmsil olunub

AİDA Buenos-Ayresdə keçirilən sərgisində öz stendi ilə təmsil olunub Martın 20-də Argentinanın Buenos-Ayres şəhərində Buenos-Ayres fəaliyyət planının 40-cı ildönümünə həsr olunmuş Cənub-Cənub əməkdaşlığının rolu və 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin icrası: çağırışlar və imkanlar adlı konfrans işinə başlayıb.
Sərgilər
21 Mart , 2019 00:21
AİDA Buenos-Ayresdə keçirilən sərgisində öz stendi ilə təmsil olunub

Martın 20-də Argentinanın Buenos-Ayres şəhərində "Buenos-Ayres fəaliyyət planı"nın 40-cı ildönümünə həsr olunmuş "Cənub-Cənub əməkdaşlığının rolu və 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin icrası: çağırışlar və imkanlar" adlı konfrans işinə başlayıb.

“Report” xəbər verir ki, konfrans çərçivəsində Cənub-Cənub əməkdaşlığı üzrə sərgi təşkil edilib.

Sərginin təşkil edilməsində əsas məqsəd Cənub-Cənub əməkdaşlığında iştirak edən ölkələrin ən yaxşı təcrübələrinin təqdim edilməsi, eləcə də Cənub ölkələri arasında əməkdaşlıq əlaqələrinin təşviq edilməsi olub. 40-a yaxın ölkənin iştirak etdiyi sözügedən sərgidə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) öz stendi ilə təmsil olunub.

Konfransda iştirak edən Azərbaycan Respubikasının xarici işlər naziri Elmar Məmmədyarov AİDA stendi ilə tanış olub.

Stenddə Cənub-Cənub əməkdaşlığının təşviqində böyük rolu olan AİDA-nın fəaliyyəti, eləcə də ölkəmizin donor qismində dünyanın müxtəlif regionlarında həyata keçirdiyi layihələr, eləcə də humanitar yardım və beynəlxalq inkişaf çərçivəsində göstərdiyi yardımlar barədə geniş məlumat ziyarətçilərə təqdim edilir.

Son xəbərlər

Orphus sistemi