Yeni şərabçılıq məhsuluna ad almaq qaydası dəyişib

Yeni şərabçılıq məhsuluna ad almaq qaydası dəyişib İstehsalçı bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir
Sənaye
20 Aprel , 2016 00:11
Yeni şərabçılıq məhsuluna ad almaq qaydası dəyişib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Üzümçülük və şərabçılıq haqqında” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb.

Bu qaydalar şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən edir.

Dəyişikliyə əsasən, şərabçılıq məhsullarının keyfiyyətini qiymətləndirmək üçün orta nümunələr və məhsulun əsas fiziki-kimyəvi göstəriciləri haqqında (tündlüyü, şəkərliliyi, turşuluğu, uçucu turşuluğu, ekstraktı) laboratoriya arayışı, həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd göstərilən sənədlər ərizə ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmalıdır.

Bundan başqa, yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı və həmin məhsulun tərkibində genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilməməsi barədə sənəd təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi