Yanvarda Bakıda 2,9 milyard manatlıq sənaye məhsulları istehsal edilib

Yanvarda Bakıda 2,9 milyard manatlıq sənaye məhsulları istehsal edilib Sənaye xarakterli xidmətlərin göstərilməsi 9,7 % təşkil edib
Sənaye
4 Mart , 2021 17:10
Yanvarda Bakıda 2,9 milyard manatlıq sənaye məhsulları istehsal edilib

Bu ilin yanvar ayında Bakı şəhərində sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,9 milyard manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, sənaye məhsulunun 78,7 %-i mədənçıxarma, 18,4 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 85,4 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,3 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,7 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2021-ci il vəziyyətinə 375,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi