Yanvarda Azərbaycan metanol istehsalını kəskin artırıb
- 16 fevral, 2022
- 13:09
Bu ilin yanvar ayı ərzində Azərbaycanda 50 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 500 dəfə çoxdur.
Bu ilin fevralın 1-nə 23,4 min ton hazır məhsul istehsalı yaranıb.
Xatırladaq ki, 2021-ci ilin yanvar ayında Azərbaycanda metanol istehsalının həcmi 0,1 min ton təşkil edib.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.