Bakı. 7 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycandan 4,3 mln. ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.
Bildirilib ki, 2019-cu ilin yanvar ayından etibarən qeyri-neft ixracında ilkin formalı polipropilen də önə çıxmağa başlayıb. Bu isə ondan xəbər verir ki, “
Bu sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75%-ni Türkiyə və Avropa bazarlarına ixrac edəcək. Nəticədə “SOCAR Polymer” layihəsi Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15% artıracaq.
Xatırladaq ki, "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb. İlkin olaraq 170 ton məhsul Türkiyə bazarına ixrac olunub. Məhsulun ixracını SOCAR-ın ticarət qolu - “SOCAR Trading” şirkəti həyata keçirir.