“Xırdalan Sənaye Kombinatı” səhmdarlarına hesabat verəcək

“Xırdalan Sənaye Kombinatı” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Sənaye
20 Aprel , 2017 09:05
“Xırdalan Sənaye Kombinatı” səhmdarlarına hesabat verəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Mayın 26-da, saat 10:30-da “Xırdalan Sənaye Kombinatı” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsi, 122 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı il üzrə balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətinin bölüşdürülməsi) daxildir.

Xatırladaq ki, “Xırdalan Sənaye Kombinatı” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 203 024 manatdır. 

Son xəbərlər

Orphus sistemi