Xarici investorlar İranın neft-kimya sektoruna 10 mlrd. dollar yatıracaq

Xarici investorlar İranın neft-kimya sektoruna 10 mlrd. dollar yatıracaq İran neft-kimya kombinatlarının istehsal gücünü 72 mln. tona çatdıracaq
Sənaye
29 Sentyabr , 2017 17:26
Xarici investorlar İranın neft-kimya sektoruna 10 mlrd. dollar yatıracaq
Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ Fransa, Almaniya və Yaponiya şirkətləri İranın neft-kimya sektoruna ümumilikdə 10 mlrd. ABŞ dolları həcmində investisiya yatırmağa hazırlaşır. 

"Report" "Parstoday" saytına istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin müşaviri Moed Hüseyni Sədr bildirib.

Sədr qeyd edib ki, "Total" şirkəti ilə neft sahəsində 5 mlrd. dollarlıq müqavilə imzalandıqdan sonra, bu şirkət daha 5 mlrd. dollarlıq investisiya qoymağa maraq göstərir və yaxın zamanda yeni anlaşmanın imzalanması gözlənilir.

Almaniyanın "Basque Linde" və daha bir yapon şirkətinin investisiya yatırması barədə sualları cavablandıran müşavir bildirib ki, İran neft-kimya kombinatlarını xammalla təmin edən güvənli bir ölkə olduğu üçün, bir çox xarici şirkət bura investisiya yatırmaqda maraqlıdır.

Qeyd edək ki, 2018-ci ildə İranda neft-kimya kombinatlarının istehsal gücü 72 mln. tona çatdırılacaq və məcmu dəyəri 17 mlrd. dollar təşkil edəcək. Hazırda isə bu göstərici 62 mln. ton təşkil edir.

Son xəbərlər

Orphus sistemi