Xaçmazda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib

Xaçmazda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib “Aqrolizinq” ASC tərəfindən azot gübrəsinin güzəştli şərtlərlə növbəti səyyar satışı Xaçmaz rayonunun Ləcət kəndində baş tutub.
Sənaye
16 Mart , 2019 14:57
Xaçmazda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib

Aqrolizinq” ASC tərəfindən azot gübrəsinin güzəştli şərtlərlə növbəti səyyar satışı Xaçmaz rayonunun Ləcət kəndində baş tutub.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, səyyar satış zamanı Ləcət və ətraf 9 kənddən 52 vətəndaş müracət edərək, 3,750 ton ammofos, 38,300 ton ammonium nitrat, 4,05 ton nitroammofoska alıblar. Ümumilikdə 46,100 ton mineral gübrə satılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Son xəbərlər

Orphus sistemi