“Worldsteel”: Polad istehlakı artacaq

“Worldsteel”: Polad istehlakı artacaq "Çində tələbat 9,1 faiz artıb"
Sənaye
15 Aprel , 2021 19:41
“Worldsteel”: Polad istehlakı artacaq

Dünyada polad istehlakı 2020-ci ildə 0,2 faiz azaldıqdan sonra 2021-ci ildə 5,8 faiz artaraq 1,87 milyard tona, 2022-ci ildə isə daha 2,7 faiz artaraq 1,92 milyard tona çatacaq.

“Report” xəbər verir ki, Dünya Polad Assosiasiyasının ("Worldsteel") proqnozuna görə, cari ilin ikinci rübündə epidemioloji vəziyyət sabitləşəcək, peyvəndləmədə də dayanıqlı irəliləyiş əldə ediləcək ki, nəticədə əsas polad istehlakçısı olan ölkələrdə adi vəziyyətə qayıtmaq mümkün olacaq.

"Worldsteel"in İqtisadi komitəsinin rəhbəri Al Remeytinin (Al Remeithi) qeyd etdiyi kimi, ötən il pandemiyaya baxmayaraq, polad istehlakının cüzi azalması Çinin hesabına baş verib: “Çində tələbat 9,1 faiz artıb, qalan ölkələrdə isə 10 faiz azalıb. Yaxın illərdə polada tələbat həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə davamlı dirçələcək ki, bunun amilləri cilovlanan tələbat və hökumətlərin dirçəliş proqramları olacaq. Amma inkişaf etmiş ölkələrin əksəriyyətində polada tələbatın böhrandan əvvəlki səviyyəsinə qayıdış bir neçə ilə başa gələcək”.

Təşkilatın məlumatına görə, polada tələbat Çində 2021-ci ildə 3 faiz, 2022-ci ildə 1 faiz artaraq 1,04 milyard tona, MDB ölkələrində 2021-ci ildə 3,04 faiz, 2022-ci ildə 3,2 faiz artaraq 602.1 milyon tona, Avropa İttifaqı və Böyük Britaniyada 2021-ci ildə 10,2 faiz, 2022-ci ildə 4,8 faiz artaraq 162,4 milyon tona, Şimali Amerika ölkələrində 2021-ci ildə 7,6 faiz, 2022-ci ildə 4,6 faiz artaraq 128,3 milyon tona, Mərkəzi və Cənubi Amerika ölkələrində 2021-ci ildə 10,6 faiz, 2022-ci ildə 4,2 faiz artaraq 44,5 milyon tona, Afrika ölkələrində müvafiq olaraq 8,3 faiz və 5,9 faiz artaraq 40,9 milyon tona, Asiya – Pasifik ölkələrində 4,7 faiz və 2 faiz artaraq 1,39 milyard tona çatacaq.

Son xəbərlər

Orphus sistemi