Valeh Ələsgərov: ​​​​​​​“Ələt Azad İqtisadi Zonasında hüquqi baza investorlara regional üstünlük yaradır"

Valeh Ələsgərov: ​​​​​​​“Ələt Azad İqtisadi Zonasında hüquqi baza investorlara regional üstünlük yaradır" “Bizim Ələt Azad İqtisadi Zonasındakı fəaliyyətimizin kökündə əsasən investor durur. Biz qabaqcıl idarəetmə təcrübəsinə və innovativ texnologiyalara əsaslanan, yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalı, müvafiq xidmətləri təmin edəcək investor
Sənaye
20 Oktyabr , 2021 14:30
Valeh Ələsgərov: ​​​​​​​“Ələt Azad İqtisadi Zonasında hüquqi baza investorlara regional üstünlük yaradır
Valeh Ələsgərov

“Bizim Ələt Azad İqtisadi Zonasındakı fəaliyyətimizin kökündə əsasən investor durur. Biz qabaqcıl idarəetmə təcrübəsinə və innovativ texnologiyalara əsaslanan, yüksək əlavə dəyər yaradan və ixrac yönümlü istehsalı, müvafiq xidmətləri təmin edəcək investorları seçib onları bura cəlb edəcək, ehtiyaclarını təmin edəcəyik”.

“Report” xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

“Ələt Azad İqtisadi Zonasının mükəmməl hüquqi bazası və əlverişli biznes mühiti investorlar üçün davamlı regional üstünlük yaradacaq. Zonanın fəaliyyəti, inkişafı və idarə edilməsinə dair qanunvericilik bazasını Milli Məclis qəbul edib, prezident imzalayıb, üstün qanun kimi təsdiq olunub. Yəni, “Ələt Azad İqtisadi Zonası haqqında” qanun əsas iqtisadi qanunlardan üstün tutulur və bunlar arasında ziddiyət yaransa Zonanın qanunvericiliyinin üstünlüyü təmin ediləcək. Müxtəlif ölkələrdə olan azad iqtisadi zonaların fəaliyyətini təhlil etsək görərik ki, onların çoxu ona görə uğurlu olmayıb ki, zona qanunvericiliyi ilə əsas iqtisadi qanunvericilik arasında ziddiyyətlər olub. Bizdə bunun qarşısını almaq üçün əsas iqtisadiyyatın 80-dən çox qanununa müvafiq dəyişikliklər edilib və bu proses davam edir. Xüsusilə də Vergi, Gömrük və Əmək Məcəllələrinə, mübahisələrin həlli və digər qanunlara müvafiq dəyişikliklər edilib, Milli Məclis onları qəbul edib. Həmin dəyişikliklər Azad İqtisadi Zona qanunvericiliyinin əsas iqtisadi qanunvericilikdən üstün olmasını açıq şəkildə təsdiq edir. Bundan əlavə “Ələt Azad İqtisadi Zonası” haqqında qanun açıq şəkildə bəyan edir ki, əsas iqtisadiyyat orqanları Zonada hər hansı yuridiksiyaya malik deyil və buradakı hüquqi şəxslərin, müəssisələrin, onların işçilərinin fəaliyyətini tənzimləmək, onlara nəzarət etmək səlahiyyəti yoxdur”, - o deyib.

Son xəbərlər

Orphus sistemi