​Ukrayna Azərbaycana spirtli içki ixrac etməyi planlaşdırır

​Ukrayna Azərbaycana spirtli içki ixrac etməyi planlaşdırır Lutski spirt zavodu ixrac üçün isə 7 min dekalitr araq istehsalı nəzərdə tutub
Sənaye
3 Fevral , 2015 06:43
​Ukrayna Azərbaycana spirtli içki ixrac etməyi planlaşdırır

Bakı. 3 fevral. REPORT.AZ/ Ukraynanın Lutski spirt zavodu öz məhsullarını gələcəkdə Azərbaycana da ixrac edə bilər.

"Report" xəbər verir ki, ölkənin Aqrar Siyasət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bunu zavod işçiləri ilə görüş zamanı "Ukrspirt" dövlət müəssisəsinin direktoru vəzifəsini icra edən Roman İvanyuk bildirib.

"Lutks spirt zavodu öz məhsullarını Almaniya və Serbiyaya ixrac edəcək. Hazırda daxili bazar üçün 23,8 min dekalitr, ixrac üçün isə 7 min dekalitr (100 min şüşə) araq istehsalı planlaşdırılır. Gələcəkdə Türkmənistan, Qazaxıstan və Azərbaycan mümkün satış bazarları olacaq", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi