Yuxarı
    Bağlamaq

    ​Türkiyədə sürətli qatarlar istehsal olunacaq

    Layihə son elmi və texniki nailiyyətlərə uyğun hazırlanıb

    Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi ilk dəfə olaraq milli yüksək sürətli qatarların istehsalı layihəsini hökumətə təqdim edib.

    "Report" Timeturk.com-a istinadən xəbər verir ki, layihə son elmi və texniki nailiyyətlərə uyğun hazırlanıb.

    Yeni qatarlar müasir klimat-kontrol sistemləri, rahat oturacaqlar və restoranlarla təchiz ediləcək. Qatarların vaqonları korroziyaya davamlı poladdan hazırlanacaq. Onların sürəti saatda 200 km təşkil edəcək.

    2023-cü ilədək dövlət yüksəksürətli dəmir yol şəbəkəsinin yaradılması planlaşdırılır. Bu şəbəkədə olacaq qatarların təqribən 85%-i yerli istehsala aid olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi