Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına pul yatırmağa dəvət edilib

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına pul yatırmağa dəvət edilib Azərbaycan Türkiyə şirkətlərini işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına investisiya yatırmağa dəvət edib.
Sənaye
19 Yanvar , 2024 15:11
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına pul yatırmağa dəvət edilib

Azərbaycan Türkiyə şirkətlərini işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına investisiya yatırmağa dəvət edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Türkiyənin Bursa Ticarət və Sənaye Palatasına daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində Türkiyədə kimya sənayesi sahəsində fəaliyyət göstərən 15-dən çox şirkətin əməkdaşı iştirak edib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Görüşdə iştirak edən şirkət nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

Sonra sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.

Son xəbərlər

Orphus sistemi