"Toyota" Yaponiyadakı əksər zavodlarında işi dayandırır

"Toyota" Yaponiyadakı əksər zavodlarında işi dayandırır Dünyanın avtomobil nəhənglərindən biri olan “Toyota Motor Corp.” Yaponiyadakı zavodlarının əksəriyyətini bağlamaq niyyətindədir.
Sənaye
19 Mart , 2022 15:46
Toyota Yaponiyadakı əksər zavodlarında işi dayandırır

Dünyanın avtomobil nəhənglərindən biri olan “Toyota Motor Corp.” Yaponiyadakı zavodlarının əksəriyyətini bağlamaq niyyətindədir.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, gələn həftə istehsal bir neçə günlük dayandırılacaq. Bu, ehtiyat hissələrinin çatışmazlığı ilə bağlıdır.

Belə ki, çərşənbə günü Yaponiyada baş verən zəlzələyə görə bəzi tədarükçülər zərər çəkib və lazımi həcmdə detallar tədarük edə bilmirlər. Hansı şirkətlərdən söhbətin getdiyi dəqiqləşdirilməsə də, iri çip istehsalçısı “Renesas Electronics Corp.” zəlzələ ərazsində yerləşən zavodlarının gələn həftənin çərşənbə gününə kimi tam istehsala qayıda bilməyəcəyini bəyan edib.

“Toyota”nın son qərarı “RAV4”-də daxil olmaqla bəzi populyar modellərin istehsalına təsir edəcək. Bu həftənin əvvəlində şirkət mart ayı üçün istehsal planlarını 50 min avtomobil sayında azaltdı. İndi isə apreldə planlaşdırılandan 150 min avtomobil az istehsal edəcəyini, eləcə də may və iyun aylarında istehsalın hədəf göstəricilərə nisbətən azalacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi