“Toyota” yanacaq elementli avtomobil istehsalını 10 dəfə artıracaq

“Toyota” yanacaq elementli avtomobil istehsalını 10 dəfə artıracaq Bu cür avtomobillərin illik istehsal həcminin 3 mindən 30 minədək artırıla biləcəyi qeyd olunub.
Sənaye
3 Noyabr , 2020 11:22
“Toyota” yanacaq elementli avtomobil istehsalını 10 dəfə artıracaq

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motor” yanacaq elementli avtomobil istehsalını 10 dəfə artırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Bu cür avtomobillərin illik istehsal həcminin 3 mindən 30 minədək artırıla biləcəyi qeyd olunub.

Eyni zamanda, qəzet vurğulayıb ki, avtokonsern bu sahədəki istehsalı avtobuslar kimi kommersiya nəqliyyat vasitələri hesabına artırmağı planlaşdırır.

“Toyota” yanacaq elementli ilk kütləvi avtomobil istehsalını 2014-cü ildə həyata keçirib.

Son xəbərlər

Orphus sistemi